Dünya 

Türkiyədə toyların keçirilməsinə icazə verildi – Yeni qaydalar AÇIQLANDI

Türkiyədəki koronavirus xəstəliyinin azalması səbəilə həyat normallaşma dönəminə girir.

ARANTV.AZ xəbər verir ki, Türkiyədə koronavirus tədbirləri çərçivəsində bağlanan bir çox yer yenidən fəaliyyətə başlayacaq. Bura kinoteatrlar və teatrlar, açıq hava konsertləri, internet kafe, toy və nişan salonları daxildir.

Toy salonları fəaliyyətlərini sosial məsafənin qaydalarına uyğun olaraq başlayacaqlar. Açıq havada ən qısa müddətdə ediləcək toylarda maska qaydasına əməl ediləcək və təmasın olduğu rəqslər keçirilməyəcək.Sonxeber.az

Daha çox xəbərlər