Nanənin hər dərdə dəva faydaları
Nanənin mədə üçün faydalı olduğunu, yəqin ki, bilirsiniz.
ARANTV.AZ axşam.az-a istinadən bu bitkinin orqanizmə olan digər faydaları haqda da məlumat verir:
– Nəfəs almanı asanlaşdırır.
– Qaraciyər çatışmazlığı problemini aradan qaldırır.
– Öd kisəsinin fəaliyyətini nizamlayır.
– Bağırsaq spazmasını keçirir.
– Həzmi asanlaşdırır.
– Qrip, bronxit və öskürək üçün faydalıdır.
– Əl və ayaqların titrəməsi, dilin tutulması, iflic və yuxusuzluq kimi problemlər zamanı istifadə olunur. Həyəcanı və qorxunu keçirtməkdə faydalıdır. Sinir sistemini qüvvətləndirir.
– Qusmaların qarşısını alır. İstiliyi salır.
– Süd verən analarda şişən döşlərin şişini yatırdır.
– Miqren, yuxusuzluq və baş gicəllənməsində faydalıdır.
– Soyuqdəymə hallarında istifadəsi yaxşı təsir edir.
– Bağırsaq qurdlarının tökülməsində köməkçidir. Mədə ağrısını kəsir. Ancaq mədəsində qastrit olanlar artıq istifadə etməməlidirlər.

