Sosial 

TƏBİB sədri haradadır? – AÇIQLAMA

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin sədri Ramin Bayramlı işinin başındadır”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
“TƏBİB sədri REACT-C19 layihəsi çərçivəsində ölkəyə gələn həkimlərimizlə birlikdə çalışır. Pandemiya xəstəxanalarında monitorinqlər keçirilir. R.Bayramlı da həmin proseslərə şəxsən nəzarət edir. Lahiyə başa çatsa da, həkimlər hələ də işlərini davam etdirirlər”.

Daha çox xəbərlər