Myanmada torpaq sürüşməsi olub – 113 nəfər həlak olub
Myanmanın şimalındakı Kaçin ştatında, nefrit mədənində torpaq sürüşməsi baş verib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 113 nəfər həlak olub.
Çoxlu sayda itkin düşənlərin olduğu deyilir. Sürüşməyə aramsız leysan səbəb olub.
Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Ölü sayının artacağı istisna olunmur.

