Polis Bakı küçələrində əhaliyə xəbərdarlıq etdi – VİDEO
Polis koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarda, qapalı məkanlarda gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər keçirir.
ARANTV.AZ xəbər verir ki, polislər mütəmadi olaraq küçələrdə səsgücləndiricilər vasitəsilə əhaliyə sosial məsafənin qorunması və maskadan istifadə etmək üçün çağrışlar edib.
Oxu.Az

