Manset 

Bu gün dünyada büsqalter geyinməmə günüdür – Döş xərçəngi ilə bağlı

Bu gün dünyada büsqalter geyinməmə günü kimi qeyd olunur.

ARANTV.AZ xəbər verir ki, gülünc səslənsə də, bu əyləncə ilə bağlı gün deyil, xərçəng xəstəliyindən əziyyət çəkənlərə görə təyin edilib.

“No bra day” adlanan gün artıq 7 ildir ki qeyd olunur. 2011-ci ildən hər il oktyabrın 13-də qeyd olunan “no bra day”a kişilər də çəhrayı paltar geyinməklə dəstək olurlar. 2014-cü ildə bu gün 30-dan çox ölkədə qeyd edilib.

Günün məqsədi qadınları özlərini müayinə etməyə, döş xərçəngi xəstəliyinin əlamətlərini müəyyən edə bilməyə təşviq etməkdir.

Qeyd edək ki, hər il minlərlə qadın döş xərçənginə tutulur. Sinənin ölçüsünün dəyişməsi, rəngində dəyişiklik, içərisində ağrı, tez-tez tərləməsi bu xəstəliyin əlamətləri ola bilər.

milli.az

Daha çox xəbərlər