Sosial 

Bakıda Vəkil Bürosu ilə “Legalaid” arasında əməkdaşlıq müqaviləsi imzalandı: Mobil tətbiq istifadəyə verildi

“Legalaid” hüquq şirkəti ilə “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosu arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb.

“Legal Aid” hüquq şirkətinin təşəbbüsü ilə Vəkillər Kollegiyası ilə birgə tərəfdaşlıq çərçivəsində “Legal Aid” adlı elektron hüquqi yardım mobil tətbiqi platforması yaradılıb. Mobil tətbiq İKT texnologiyalarını özündə ehtiva edən bir platformadır.

Tətbiqin əsas məqsədi vətəndaşlara zamandan və yerdən asılı olmayaraq, daha sürətli və əlçatan hüquqi yardımın göstərilməsinin təmin olunmasıdır.

Sözügedən mobil tətbiq ən qısa zamanda vətəndaşların istifadəsinə veriləcək və vətəndaşların onlayn hüquqi məsləhət alması reallaşacaq.

Daha çox xəbərlər