Dünya 

Panama bayrağı altında üzən teploxod batıb, içində Azərbaycan vətəndaşları da var

Qara dənizdə Panama bayrağı altında metal tullantılar daşıyan teploxod batıb.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, gəminin heyət üzvləri xilas edilib.

Qeyd olunur ki, 8 nəfər xilas edilərək Novorossiyskə yollanan tankerə keçirilib.

Heyət üzvlərindən ikisi Türkiyə, altısı Azərbaycan vətəndaşıdır.

Teploxodun bütün ekipajı – iki Türkiyə və altı Azərbaycan vətəndaşı xilas edilib. Yunanıstan bayrağı altında üzən tanker onları Novorossiyskə çatdırıb.

“Rosmorreçflot”dan verilən məlumata görə, xlas edilən dənizçilərin həyatları və sağlamlıqları üçün təhlükə yoxdur.

Daha çox xəbərlər