Bakı-Qazax yolunda 2 yük avtomobili toqquşdu: yaralanan var
Hacıqabul rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
ARANTV.AZ report-a istinadən bildirir ki, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 110-cu km-də, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.
Yolun kənarında dayanan mişar daşı ilə yüklənmiş “KamAZ” markalı avtomobilə hərəkətdə olan “Shacman” markalı avtomobil çırpılıb. Nəticədə “Shacman”da sıxılıb qalmış sürücü – 1984-cü il təvəllüdlü Qobustan sakini Güləliyev Uluxan Vəzir oğlu FHN-in Hacıqabul Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xüsusi avadanlığın köməkliyi ilə çıxarılıb. Yaralı sürcü Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

