Həştərxanda dəhşətli qəza: azərbaycanlılar öldü – YENİLƏNİB
Həşrətxanda baş verən ağır qəza zamanı ölənlərdən ikisi azərbaycanlıdır.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, “Toyota” markalı avtomobilin sürücüsü və sərnişini 1965-ci il təvəllüdlü Azərbaycan vətəndaşları olub.
14.10.2018/22:34
Bu gün Həştərxan vilayətində dörd nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, “Toyota Camry” ilə “Scoda Fabia” markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəzaya səbəb “Toyota Camry” maşının qarşı yola çıxaraq qəza vəziyyəti yaratmasıdır.
Hadisə nəticəsində “Scoda Fabia” markalı avtomobil yanıb və qəzada dörd nəfər həlak olub. Ölənlərdən iksinin kimliyi məlum olub. “Toyota Camry” avtomobilinin sürücüsü 1965-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır.
Hadisə ilə bağlı araşdırma aparılır.

