Hadisə 

Lerikdə maşın aşıb, ölən var

Lerik rayonunun Vıjaker kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, oktyabrın 14-də saat 14 radələrində Lerik rayonunun Vıjaker kəndi ərazisində kənd sakini Nazim Şərifov idarə etdiyi “QAZ-66” markalı avtomobili aşırıb. Nəticədə sərnişini, Conu kənd sakini Təvəkkül Mirzəyev hadisə yerində ölüb.

Lerik RPŞ tərəfindən araşdırma aparılır.

ölkə.az

Daha çox xəbərlər