Şəhid gizirimiz Yaşar Babayev son mənzilə yola salındı
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan Ağstafa rayon Köçəsgər kənd sakini, 1987-ci il təvəllüdlü gizir Babayev Yaşar Vasif oğlu dünən dəfn olunub.
ARANTV.AZ xəbər verir ki, şəhid doğulduğu kənddə torpağa tapşırılıb. Vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ombudsman Səbinə Əliyeva, deputatlar, Müdafiə Nazirliyinin məsul şəxsləri iştirak ediblər.Publika.az

