Hadisə 

Bakıda 67 yaşlı piyadanı avtomobil vurdu

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

ARANTV.AZ xəbər verir ki, hadisə Nobel prospektində baş verib.

1953-cü il təvvəllüdlü Vaqif Ağakərim oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən zaman onu minik maşını vurub.

Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.APA

Daha çox xəbərlər