Dünya 

Qırğızıstanda son sutkada koronavirusdan 73 nəfər öldü, 70 tibb işçisi yoluxdu

Qırğızıstanda son sutkada koronavirusa 1264 nəfər yoluxub, 73 nəfər dünyasını dəyişib.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, virusa yoluxanlardan 70-i həkimdir. Ümumilikdə indiyə qədər koronavirus infeksiyasına 2269 tibb işçisi yoluxub.

Qeyd edək ki, ölkədə infeksiyaya ümumi yoluxma sayı 25 047 təşkil edir. 858 nəfər isə dünyasını dəyişib.

Daha çox xəbərlər