Xəzərdə döyüş atışları məşqləri – FOTO

“Dəniz kuboku – 2018”  beynəlxalq müsabiqəsinə hazırlıq çərçivəsində Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunun ərazisində artilleriya atışlarını məşq etdiriblər.

ARANTV.AZ xəbər verir ki, hərbi dənizçilər üzən minaların məhv edilməsi məqsədilə ilkin artilleriya atışları icra edib.

Gəmilərin müxtəlif üsullarla yanalması da məşq olunub.

Növbəti hazırlıq mərhələsində gəmi heyətləri dəniz və hava hədəflərinə artilleriya atışlarını, habelə heyətlərin sağqalma qabiliyyətini məşq etdirəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.