“Ermənistan tərəfi saxta şirkətlər yaradaraq qara bazarda qanunsuz silah təchizatı ilə məşğul olur” – Prezidentin köməkçisi
Ermənistan tərəfi saxta şirkətlər yaradaraq qara bazarda qanunsuz silah təchizatı ilə məşğul olur.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, bu silahların terrorçuların əlinə keçməsi barədə də məlumatlar var:
“Mən Ermənistanla bu sahədə əməkdaşlıq edən ölkələri diqqətli olmağa çağırıram”.

