Şəhid general Polad Həşimovun büstü hazırlandı
Tovuz rayonu istiqamətində gedən döyüşlərdə həlak olan general-mayor Polad Həşimovun büstü hazırlanıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, büstü Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlı hazırlayıb.
Qeyd edək ki, Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar zamanı müdafiənin ön xəttində olarkən general-mayor Polad Həşimov qəhrəmancasına şəhid olub. O, 2-ci Fəxri xiyabanda dəfn edilib.

