Gündəm 

Azərbaycan diasporu BMT-nin Ukraynadakı nümayəndəliyinin qarşısında etiraz aksiyası keçirib – VİDEO

Ukraynada Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində hərbi təxribatlar törətməsinə və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlamasına etiraz olaraq yürüş-nümayiş keçirilir.

ARANTV.AZ xəbər verir ki, etiraz aksiyasında azərbaycanlılar və ölkəmizə dost münasibəti bəsləyən yerli ictimaiyyət nümayəndələri iştirak edirlər.

Etiraz aksiyası Azərbaycan diasporunun BMT-nin Ukraynadakı nümayəndəliyinin qarşısında başlayıb.

Oxu.Az

Daha çox xəbərlər