Dünya 

Ukraynada karantin yayın sonuna qədər uzadıldı

Ukraynanın Nazirlər Kabineti ölkədə karantinin avqustun 31-dək uzadılmasına qərar verib.

Korrespondent.net bu barədə ölkənin Baş naziri Denis Şmıqala istinadla xəbər yayıb.

“Biz uyğunlaşma karantinini avqustun 31-dək uzatmağı planlaşdırırıq. Hamımız görürük ki, bu yanaşma Ukraynadakı yoluxmaların səviyyəsini idarə etməyə imkan verir”, – deyə, o, bu gün keçirilən görüşdə bildirib.

Karantin müddətinin uzadılması qərarı yekdilliklə qəbul edilib.

Şmıqal əlavə edib ki, Ukraynada hər gün 20 mindən 30 minə qədər test aparılır.

Daha çox xəbərlər