Dünya 

Krımda dəhşətli partlayış: 10 ölü, 50 yaralı

Krımın Kerç şəhərindəki kolleclərin birində partlayış baş verib.

ARANTV.AZ  xəbər verir ki, partlayış nəticəsində 10 nəfər ölüb, 50-yə yaxın şəxs isə yaralanıb. Yaralılardan 20-nin vəziyyəti ağır olduğu üçün Birinci şəhər xəstəxanasına yerləşdirilib.

“Partlayış yeməkxanada baş verib. Səbəb aydın deyil, mütəxəssislər araşdırırlar”, – məlumatda bildirilib.

Krımın baş naziri Sergey Aksyonov partlayışla bağlı təcili olaraq Kerçə yollanıb.

***

Kerçdəki kollecdə partlayış naməlum partladıcı qurğu vasitəsilə baş verib.

Bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.

Hadisə yerində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları işləyir.axar.az

Daha çox xəbərlər