Sosial 

Bu il Qurban bayramı necə keçiriləcək?

Qafqaz Müsəlmanları İdarəsindən Qurban bayramı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli bildirib ki, mövcud pandemiya ilə əlaqədar bu il dövlət tərəfindən qurban kəsilməsi üçün xüsusi yerlər ayrılacaq. Qurbanlar məhz həmin ayrılmış yerlərdə kəsilməlidir.

Həmçinin bu il virusun yayılmasının qarşısını almaq məqsədilə məscidlərdə Qurban bayramı namazı qılınmayacaq. “İnsanlar fərdi qaydada öz evində bayram namazını qıla bilər”, deyə, Hacı Şahin vurğulayıb.

Daha çox xəbərlər