Hadisə 

Bakıda maşın oğrusu tutuldu

İyulun 23-də Bakı şəhər sakini S.Məlikova məxsus “Hyundai” markalı avtomobilin Xətai rayonu ərazisindən qaçırılması barədə 35-ci Polis Bölməsinə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Rzayev Qala qəsəbəsi ərazisində avtomobili idarə edərkən saxlanılıb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Daha çox xəbərlər