Qusarda keçən əsrdən qalmış elektrik dirəkləri dəyişdirildi – FOTO
Qusar rayonunun Aşağı Ləgər kəndində köhnə elektrik dirəkləri yeniləri ilə əvəz edilib.
ARANTV.AZ xəbər verir ki, elektrik dirəkləri “Azərişıq” ASC tərəfindən dəyişdirilib.
Qeyd edək ki, bir müddət əvvəl problemOxu.Az-da işıqlandırılmışdı.
Artıq kənddə 1970-ci illərdə quraşdırılan dirəklər dəyişdirilib və sakinlərin bu problemi öz həllini tapıb.

