Hadisə 

“VAZ-2107” aşdı: 2 yaralı var

Ağstafa rayonunda minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə rayonun Saloğlu kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirib. Nəticədə, avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Qəza zamanı avtomobildə olan 1994-cü il təvəllüdlü Vəkilov Növrə və 1978-ci il təvəllüdlü Qurbanov Elnur xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hər iki yaralının vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər