Sosial 

Moskva polisi ermənilərlə azərbaycanlıların toqquşmasında tutulanlar haqda: “9 nəfər saxlanılıb”

Moskvanın polis əməkdaşları Ermənistan və Azərbaycandan gələn mühacirlər arasındakı toqquşmada iştirak edən 9 nəfəri saxlayıblar.

ARANTV.AZ  virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi Moskva Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“İyulun 24-də Moskvada həmin ölkələrin vətəndaşlar arasında münaqişə baş verib. Polis əməkdaşları qanunsuz hərəkətlər etməkdə şübhəli bilinən doqquz nəfəri saxlayıblar. Onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (“Bir qrup şəxs tərəfindən xuliqanlıq”) ilə cinayət işləri başlanıb”, – deyə polisdən bildiriblər.

Baş İdarədən verilən məlumata görə, hazırda hadisənin bütün hallarının müəyyən edilməsi və şübhəli şəxslərin tutulması məqsədi ilə istintaq hərəkətləri və kompleks əməliyyat tədbirləri həyata keçirilir. Polisdən, ictimai qaydanı pozan hər hansı bir təzahürü dərhal aradan qaldıracaqlarını, qanun pozucularını məsuliyyətə cəlb edəcəklərini vurğulayıblar.

Bundan əlavə, Rusiya Federasiyasının miqrasiya qanunvericiliyinə uyğun olaraq, əcnəbilərin ölkəyə girişinə 5 il müddətinə müvəqqəti məhdudiyyət tətbiq oluna bilər.

Daha çox xəbərlər