Başsız, ayaqsız və qolsuz qadın meyiti tapılıb
Rusiyanın Sankt-Peterburq şəhərində parçalanmış qadının meyiti tapılıb.
ARANTV.AZ-ın verdiyi xəbərə görə, bu barədə REN TV məlumat yayıb.
Belə ki, əynində paltar olmayan, başsız, ayaqsız, qolsuz qadın cəsədi yaşayış evinin pəncərəsi altında tapılıb.
Qətlə yetirilən qadının 30 yaşında olduğu təxmin edilir.
Hadisəylə bağlı araşdırma aparılır.
Xatırladaq ki, iyun ayında da Leninqrad vilayətindəki Mga çayında parçalanmış cəsəd tapılıb. Kəsilmiş qadın sinəsi 11-ci sinif şagirdi tərəfindən tapılıb. Hadisə yerinə gələn istintaq qrupu yaxınlıqda ayaq, əl və başı olmayan kişinin meyitini aşkarlayıblar. Müstəntiqlər öldürülən şəxsin döş implantları olan transseksual olduğunu müəyyən ediblər. Faktla bağlı cinayət işi açılıb.BiG.AZ

