Dünya 

Texasda qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan edilib – VİDEO

“Hanna” siklonu Texasın cənubundakı bir neçə sahil bölgəsində leysan yağışa və selə səbəb olub. Bununla bağlı ştatda fövqəladə vəziyyət elan edilib.

ABŞ Milli Qasırğa Müşahidə Mərkəzi təbii fəlakət barədə cümə günündən etibarən xəbər verib. Şənbə günü qasırğa güclənərək, Texas sahillərinə çatıb.

Hazırda ştatın bir sıra bölgələrində yağışlar davam edir, insanların həyatı üçün təhlükə yaradan yeni sellərin olacağı gözlənilir, bundan başqa, tornado təhlükəsi də var.

Dövlət fövqəladə hallar idarəsi ştat sakinlərinə evlərini zərurət olmadıqca tərk etməmələri barədə xəbərdarlıq edib.

Daha çox xəbərlər