Avtomobili etirazçıların üzərinə sürdü – VİDEO
ABŞ-ın Kolorado ştatının Avrora şəhərində sürücü avtomobili qaradərililərin hüquqlarını müdəfiə edən nümayişçilərin üzərinə sürüb.
RT xəbər verir ki, etirazçılar yolda toplaşsalar da, qaçmağa müvəffəq olublar.
Avtomobil kütlənin yanından keçərkən etirazçılardan biri atəş açıb. Bu zaman açılan güllə bir nəfərin ölümünə, digərinin yaralanmasına səbəb olub.
Avtomobilin sürücüsü və sərnişin saxlanılıb.
Polis atəş açan şəxsi axtarır.

