Dünya 

Almaniya XİN başçısı Rusiyanın G7-ə qayıtmasının əleyhinə çıxıb

Almaniyanın Xarici İşlər naziri Hayko Maas Rusiyanın “Böyük yeddilik”ə (G7) qayıtmasının əleyhinə çıxıb. 

ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya XİN başçısı “Rheinische Post” qəzetinə müsahibəsində bildirib.

Nazir Ukraynanın şərqindəki mövcud vəziyyət və Krımın ilhaqından sonra Rusiyanın iştirakı ilə “Böyük səkkizliy”in (G8) bərpasının mümkün olmadığını qeyd edib.

“Rusiyanın G8-dən çıxarılmasına Krımın ilhaqı və Ukraynanın şərqində vəziyyətə müdaxiləsi səbəb olub. Hələlik bu vəziyyət həllini tapmayana qədər Rusiyanın G7-yə qayıtması mümkün deyil, – deyə XİN başçısı vurğulayıb.

Daha çox xəbərlər