Bakıda dəhşətli hadisə – 4 yaşlı uşaq öldü
Bakıda 4 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
ARANTV.AZ xəbər verir ki, dünən saat 13.00 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində fərdi yaşayış evində 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov yaşadığı evdə qaynar süd qazanına yıxılıb.
Dərhal xəstəxanaya çatdırılan körpənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.Publika.az

