Dünya 

Ermənistanda koronavirusdan ölənlərin sayı 719-a çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 37 629 nəfərə çatıb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 239 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 719 nəfər koronavirusdan ölüb, 9 553 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.

Daha çox xəbərlər