Dünya 

Moskvada qadın təcridxanası yandı

Moskvada qadın təcridxanasında yanğın baş verib.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar 900-dən çox şəxs təxliyə olunub, xəsarət alan olmayıb.

Yanğın təcridxana ərazisində 3 mərtəbəli korpusda baş verib. İlkin məlumatlara əsasən, hadisə çörəkbişirmə sexində başlayıb.

Yanğının qarşısının alınması üçün 150-yə yaxın yanğınsöndürən cəlb edilib.

Daha çox xəbərlər