Dünya 

Rusiyada bir gündə 150 nəfər koronavirusun qurbanı oldu

Rusiyada koronavirusa yoluxanların sayı 820 min nəfəri keçib.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 5 395 nəfər virusa yoluxub, 150 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 823 515 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 13 504 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 612 217 nəfər virusdan sağalıb, 197 794 nəfərin müalicəsi isə davam edir.

Daha çox xəbərlər