Sosial 

“Sərt karantin rejimi yenidən uzadılsa boşanmaların sayı çox olacaq”-PSİXOLOQ

Xəbər verdiyimiz kimi, avqustun 5-nə kimi 14 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir.

Sosial təcrid və karantin rejimi insanların gündəlik həyat tərzinin ciddi şəkildə dəyişməsinə səbəb olub. Bunun isə uzun müddət davam etməsi insanların maddi sıxıntalarla yanaşı, psixoloji problemlərini də ortaya çıxarıb. Bildiyiniz kimi sərt karantin rejimi avqustun 5-də bitməsi planlaşdırılır. Sosial şəbəkələrdə isə sərt karantin rejiminin uzadılması ilə bağlı məlumatlar yayılıb.

Əgər sərt karantin rejimin yenidən uzadılarsa bu insanların psixolgiyasına və həyat tərzinə nə kimi təsirləri olacağı ilə bağlı psixoloq Əfsanə Rüstəmova Sonxeber.az-a açıqlama verib.

"Sərt karantin rejimi yenidən uzadılsa boşanmaların sayı çox olacaq"-PSİXOLOQ

Psixoloq qeyd edib ki, ümumiyyətlə insanların limitlənməmək kimi çox böyük arzusu var. Azyaşlı olanda valdeynlərin himayəsində olduğumuz üçün sərbəst qərar verə bilməməkdən çox şikayətlənirik. Ona görə də mütəmadi olaraq “mən tez böyümək istəyirəm”, “kaş mən böyük olardım” kimi ifadələr işlədirik. Böyüyəndən sonra artıq biz qərarlərımızı özümüz verə bilirik. Sərt karantin rejimi bizim qərar vermə funksiyamızı əlimizdən alır. Ona görə də insanlar karantin dövründə ən böyük çətinliyi burada yaşadı ki, sərbəst qərar vermə duyğularını itirdilər və aslı vəziyyətə düşüblər.

Karantin rejimin mütəmadi olaraq uzdılması insanların psixologiyasına mənfi təsir edir. Burada psixoloji fəsadlarla yanaşı nevroloji qüsurlar da yarana bilər. Zərər çəkən insanlar sırasında böyüklər, azyaşlılar, abituriyentlər, dövlət quluğuna hazırlaşan insnalar nisbətən daha çox gərginliklər yaşayıblar. Bundan əlavə olaraq sərt karantin rejiminin uzadılması toyları təxirə salınan inasanlar üçün də böyük gərginlik yaradır. Şəxsi təcrübəmə əsasən deyə bilrərm ki, onların münasibətində çox ciddi problemlər yaranır, artıq evlənməmək qərarını alırlar.

Mən daha çox problemli ailələrlə işlədiyim üçün deyə bilərəm ki, boşanmaların sayı getdikcə artıb. Aldığımız son statistik məlumatlara görə, əgər karantin rejimi bu ilin sonuna kimi uzadılarsa digər illərə nisbətən boşanmaların sayının daha çox olacağını qabaqcadan deyə bilərik.

Sərt karantin rejiminin uzadılması insanların psixolgiyasına ciddi təziyqlərlə yanaşı, intihar hallarının sayının artmasına gətirib çıxara bilər. Məlumatlara görə, sərt karantin rejiminin yaratdığı maddi və mənəvi sıxıntılardan 6 nəfər intihar edib.

Bu dönəmdə ola biləcək nikahların baş tutmaması insan artımına ciddi şəkildə təsir edib. Sərt karantin rejiminin uzadılması Azərbaycanın nüfuz sayına da xələl gətirə bilər. Əlavə olaraq bildirmək istəyirəm ki, bu karnatin rejiminin tədbiq olunduğu vaxtda ailədaxili şiddət halları olduqca artıb . Ərin arvada etdiyi şiddət sadəcə fiziki olaraq deyil, həm də mənəvi şiddətə məruz qalır. Ər-arvad arasında şiddətlərə nisbətən valdeyinlərlə övladlar arasında daha çox biruzə verir.

Sərt karantin rejimində isə baxçaların, məktəblərin bağlı olması səbəbindən uşaqların daim evdə olması valdeynlərin övladlarına qarşı münasibətdə böyük problemlərin yaranmasına səbəb olur. Şiddətin həcmi artdıqca gələckdə bu daxili, həm də xarici qüsurlara yola aça bilər”.

Daha çox xəbərlər