Ermənistanda koronavirusdan ölənlərin sayı 728 nəfərə çatıb
Ermənistanda koronavirusa yoluxanların sayı 38 196 nəfərə çatıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 259 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 5 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 728 nəfər koronavirusdan ölüb, 9 102 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.

