Hande Harmancıdan ÜST missiyasının hesabatı ilə bağlı AÇIQLAMA
“Bu gün Azərbaycan hökuməti ilə brifinq keçirdik. Onlara ilkin tövsiyələrimizi verdik. Missiyanın hesabatı bir neçə həftədən sonra tam şəkildə hazır olacaq”.
ARANTV.AZ-ın məlumatına görə, bunu mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.O qeyd edib ki, həmin sənəd qiymətləndirmənin ətraflı təsvirini, ÜST-ün lazım olduqda əlavə yardım göstərə bilməsi ilə bağlı məlumatlarını və tövsiyələrini özündə ehtiva edəcək.Oxu.Az

