Yüz ilin ədiliyyəsi.
ARANTV.AZ xəbər verir ki, Ədliyyə naziri cənab Fikrət Məmmədovun rəhbərliyi altında islahatlar bundan sonra da davam etdiriləcək.
XX əsrin əvvəllərində dünyada baş verən ictimai-siyasi hadisələrin fonunda yaranan şərait olduqca ağır,məşəqqətlərlə müşahidə olunub. Bir yanda böyük güclər, digər yanda isə millətlərin istiqlal savaşı uğrunda mücadiləsi dayanırdı.Nəticədə dünyanın siyasi xəritəsində yeni mənzərə yaranmağa başlamışdı. Osmanlı dövləti kimi böyük bir imperiya süquta uğramış, Rusiya imperiyasının sərhədləri daxilində xalqların azadlığı uğrunda mübarizəsi geniş vüsət almışdı. Belə bir şəraitdə Qafqazdakı hadisələrdə yeni dövlətlərin yaranmasına şərait yaratmışdı.1918-ci ildə Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan Respublikalarının meydana gəlməsi artıq reallığa çevrilmişdi.
Xalqımız çoxəsrlik dövlətçilik ənənələrinə malikdir. Ən qədim sivilizasiyaların Azərbaycan ərazisində mövcudluğu sirr deyil. Manna, Midiya , Atropatena, Albaniya kimi qədim dövlətlər xalqımızın tarixi ilə sıx bağlıdır.Albaniyadan sonra Xilafət dövrü , Cacilər, Salarilər, Şirvanşahlar dövlətləri, bunun davamı olaraq Qaraqoyunlu, Ağqoyunlu dövlətləri və ən güclü Azərbaycan dövləti kimi tariximizdə yer almış Səfəvi xanədanlığı bir xalq kimi dövlətçilik ənənələrinə sahib olmağımızın bariz sübutudur.Səfəvilərin hakimiyyətindən sonra mövcud xanlıqlar dövrü isə böyük gücə çevrilən Rusiya – İran dövlətlətlərinə qarşı müqaviməti təşkil eləməyə imkan vermədi. Nəticədə Gülüstan və Türkmənçay müqavilələrinə uyğun olaraq dövlətçiliyimizin itirilməsi ilə nəticələnmiş oldu. Ancaq buna baxmayaraq xalqımızın ruhundakı azadlıq istəyi,əyilməzliyi, qəhrəmanlığı sayəsində az keçmədiki yenidən müstəqilliyimizə və dövlətçiliyimizə qovuşduq.
Əsrin əvvəllərində babalarımızın qurduğu AXC –nin yaranmasına müxtəlif aspektlərdən yanaşsaq,onlardan birincisi təhsilli və ziyalı vətənpərvər nəslin yetişməsi kimi başa düşmək olar. Çar Rusiyası dövründə ucqarlarda məktəblərin açılması, Azərbaycandan canişinlik mərkəzi Tiflisə və imperiyanın paytaxtı Sankt Peterburqa azərbaycanlı uşaqların göndərilməsi milli davamızın əbəs yerə getmədiyinə səbəb oldu. Formalaşan siyasətçilərimiz , hüquqşünaslarımız, iqtisadçılarımız millətə layiq bir dövlət qurmaqla böyük dövlətlərin diplomatları və başçıları ilə yüksək mədəniyyətə, zəkaya məxsus olmaqla danışıqlar aparmağı, Azərbaycanı təmsil etməyi bacardılar. Bununlada biz bu gün keçmişə, tarixə baxanda babalarımızın gördüyü işlərə görə qürur hissi keçiririk.
Əsrin əvvəllərində Azərbaycanda da siyasi vəziyyət olduqca ağır idi. Böyük güclər Qafqazı oda qalamışdılar. Təbii ki, Qafqazda əsas böyük xalq olduğunu qeyd etməklə deməliyik ki, ermənilərin iştirakı ilə dəhşətli hadisələrin əsas qurbanları məhz azərbaycanlılar olmuşdular. O dövrdə Gürcüstan ərazisi gürcülərə məxsus olduğu halda Ermənistanda belə vəziyyət mövcud deyildi. Ermənilərin sayı azərbaycanlılardan qat-qat az idi. 100 faiz əhalinin 70 faizini azərbaycanlılar, 30 faizini ermənilər təşkil edirdi. Ərazidə feodal dövlət quruluşuna məxsus olan İrəvan xanlığından sonra Rusiya tərəfindən ilhaq edilib,imperiya sərhədlərinə qatılsada və burada xanlığı quberniya əvəz eləsədə erməni dövləti məhz 1918-ci ildə Azərbaycan , Gürcüstannın müstəqilliklərini bəyan eləməsi nəticəsində erməni dövlətinin yaranmasına səbəb oldu.
Belə bir şəraitdə, 28 may 1918-ci ildə Azərbaycandan kənarda, qonşu Gürcüstanda AXC elan olundu. Təbii ki, həmin dövrdə Azərbaycan ərazisində ictimai-siyasi vəziyyət ağır olduğundan, bolşevik-daşnak

