Dünya 

Rusiyada hərbi təlimlər zamanı körpü çökdü: onlarla yaralı var

Rusiyanın şərqindəki Yəhudi muxtar vilayətində hərbi təlimlər zamanı dəmiryol körpüsü çöküb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 20-yə yaxın hərbçi xəsarət alıb.

Qeyd olunur ki, körpünün dayaqları ağırlığa tab gətirməydiyi üçün çöküb. Xəsarət alanlar hərbçilər Xabarovsk şəhərində xəstəxanaya çatdırılıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Körpünün təhlükəsizlik texnikasına əməl olunmaması səbəbindən çökdüyü ehtimal edilir.

Daha çox xəbərlər