Kriminal 

Bakıda kişi onunla barışmaq istəməyən keçmiş arvadını və qaynını bıçaqladı

Bakıda keçmiş arvadını və qaynını öldürməyə cəhddə təqsirli bilinən Elmar Qırxlarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərlib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

İş üzrə hazırlıq iclası avqustun 12-də keçiriləcək.

Qeyd edək ki, dekabrın 7-də Rəsulzadə qəsəbəsində 31 yaşlı Elmar Mərdan oğlu Qırxlarov 21 yaşlı Ayşən Abil qızı Qırxlarova və 25 yaşlı qardaşı İlkin Abil oğlu Mənsimliyə bıçaq zərbəsi endirib.

Həkimlər Ayşənin tibbi ekspertizası zamanı bədənində – ikisi qarın nahiyəsində olmaqla, yeddi bıçaq zərbəsi aşkar ediblər.

İkinci zəzərçəkmişin də qarın nahiyəsində iki bıçaq zərbəsi aşkarlanıb.

Yaralılar ağır vəziyyətdə 1 saylı Klinik Xəstəxanaya yerləşdirilib.

İstintaq zamanı cinayətin qısqanclıq zəminində törədildiyi müəyyən edilib. Məlum olub ki, E.Qırxlarov A.Qırxlarovanın keçmiş əridir.

Sonuncu onu tərk edərək, qardaşı ilə yaşayıb. E.Qırxlarov keçmiş həyat yoldaşını geri qaytarmaq üçün İ.Mənsimlinin evinə gəlib, lakin müqavimət göstərən qadına bıçaqla hücum edib, hadisəyə müdaxilə edən qardaşını da yaralayıb.

Saxlanılan Elmar Qırxlarova qarşı Cinayət Məcəlləsinin 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Ölkə.Az

Daha çox xəbərlər