Qız qaçırtdılar-həbs edildilər — Ağdaşda
ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.
Məhkəmə hazırlıq iclası avqustun 17-nə təyin olunub.
Qeyd edək ki, dəstə üzvləri Rizvan Səmədov üçün evlənmək məqsədi ilə zorla A. Tağıyeva ( ad şərtidir) adlı qızı qaçırıblar. Ancaq qızın valideyinləri bundan xəbər tutanda dərhal Ağdaş Rayon Polis Şöbəsinə şikayət ərizəsi yazıblar. Bundan sonra keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılaraq istintaq orqanına təhvil verilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu- bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan olunub.
Ölkə.Az

