“Star” zavodunun ərazisi Xüsusi Sənaye Zonası elan edildi
Dünən Türkiyənin İzmir şəhərində SOCAR-ın inşa etdiyi “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.
ARANTV.AZ xəbər verir ki, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan iştirak edib.
Bu gün Türkiyənin rəsmi mətbuat orqanı “Resmi Gazete”də “Star” zavodu ilə bağlı Ərdoğanın yeni qərarı çıxıb. 190 saylı qərara əsasən, SOCAR-ın STAR Neft Emalı Zavodunun yerləşdiyi ərazi Xüsusi Sənaye Zonası elan edilib.
“İzmir vilayəti, Aliağa rayonunda bilinən və əlavə olaraq xəritədə sərhədləri göstərilən ərazinin SOCAR Turkey Enerji Anonim Şirkəti Xüsusi Sənaye Zonası olaraq elan edilməsinə,9/1/2002-ci il tarixli və 4737 saylı qanuna 4/Ç maddəsinə uyğun olaraq qərar verilir”, – deyə prezidenti qərarında deyilir.
.jpg)
Ölkə.Az

