Somalinin paytaxtında güclü partlayış törədilib
Somalinin paytaxtı Moqadişoda hərbi baza yaxınlığında güclü partlayış baş verib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı 8 nəfər həlak olub. Daha 14 nəfər yaralanıb.
Qeyd olunur ki, hadisə intiharçı terrorçunun hərbi baza yaxınlığında partlayıcı ilə dolu avtomobili partlatması nəticəsində baş verib. Partlayışla əlaqədar məsuliyyəti üzərinə götürən olmayıb.

