Polis mayoru Qorxmaz Abbasov “ÖZÜNƏ BORC BİLİR”
Polis mayoru Qorxmaz Abbasov daxili işlər orqanlarında xidmətə polis nəfəri kimi başlayıb. Bir müddət Bərdə RPŞ-də Post Patrul Xidməti bölüyündə işləyib. 2003-cü ildə DİN-in Polis Akademiyasına əyani təhsilə qəbul olunub. Akademiyanı müvəffəqiyyətlə bitirdikdən sonra Bərdə RPŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirib. Daha sonra Oğuz Rayon Polis Şöbəsində Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsinə təyinat alıb. Əməliyyat sahəsində çalışdığı müddətdə qətiyyətli mövqeyi ilə seçilib, cinayətkarların yaxalanmasında, ağır hadisələrin açılmasında xidmətləri olub. Dəfələrlə müxtəlif təşəkkürnamələr və hədiyyələrlə mükafatlandırılıb.
Hal-hazırda Q. Abbasov Tərtər RPŞ-də Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinin rəisidir. Vətəndaş məmnunluğunun təmin olunması üçün dəfələrlə vətəndaşlarla səyyar görüşlər keçirilir. Tərtərin düşmənlə üzbəüz kəndlərində yaşayan sakinlər, eləcə də rayon ərazisinə gəlməkdə çətinlik çəkən vətəndaşlar yaradılan bu imkanlardan yararlanır, elə öz kəndlərində vəsiqələrini yeniləyirlər.
Aslan Qiyaslı
polis leytenantı

