Region Xəbərləri 

Bərdə rayonun Güloğlular yeni qəsəbə massivində “zibil” problemi həllini tapmır-Video

ARANTV.AZ –a daxil olan şikayətlər əsasında  apardığımız müşahidələr  təsdiq edir  ki, tullantıların vaxtında daşınmaması ciddi problemə çevrilib.

Bərdə rayon Güloğlular kəndinin sakinləri bildirirlər ki,yüz əlliyə yaxın sakinin yaşadığı yeni qəsəbədə zibil qutuları olmadığından atılan tullantılar ekoloji cəhətdən insan sağlamlığı üçün böyük təhlükədir.

Sakinlər qeyd edirlər ki,zibilliyin yanından keçə bilmək üçün uzaqdan gəlib zibilliyə çatana qədər ciyərlərinə hava yığırlar . Zibilliyi keçənə qədər nəfəs almırlar. Ancaq bu hələ zibilliyin üfunətindən qurtulmaq üçün çarə deyil. Belə ki, üfunət,pis qoxu onların evlərinə belə dolur.

Burada yaşayan sakinlərin  söylədiyinə görə,Güloğlular Bələdiyyəsinin sədrinə dəfələrlə müraciət edilməsinə baxmayaraq tədbir görən yoxdur:

Külək əsdikdə isə həmin zibillər ətrafa dağılaraq xoşagəlməz görüntünün yaranmasına səbəb olur.

Qəsəbə sakinləri zibil qutularının qoyulmasını,zibilin vaxtlı-vaxtında daşınmasını xahiş edirlər.

Məsələ ilə bağlı Bərdə rayon Güloğlular kəndinin Bələdiyyəsinin sədri Mifaqət Əliyevlə   əlaqə saxladıq. Mifaqət Əliyev bildirdi ki, zibilin daşınması üçün əvvəllər maşın təşkil edib, fəhlə gətirib, öz vəsaiti hesabına tullantıların ərazidən götürülməsinə nail olub.

Bələdiyyə sədri onuda əlavə edib ki, dəfələrlə qəsəbə sakinləri ilə söhbət edib. Onlara bildirib ki,  zibilin daşınmasına görə Mənzil-Kommunal Təsərrüfatı Birliyi  ilə müqavilə bağlanmalıdır.Zibilin daşınması məhz bu qrum tərəfindən aparılmalıdır.

Onu da qeyd edək ki, Mifaqət Əliyev ötən bələdiyyə seçkilərində yerli özünüidarəetmə orqanına üzv seçilib. Bələdiyyə sədrinin dediyinə görə, bələdiyyənin maddi imkanları yox səviyyəsindədir. Özündən əvvəlki bələdiyyədən ona qalan miras ancaq borclardır. Bələdiyyə büdcəsində bir manat da olsun, pul vəsaiti yoxdur. Bələdiyyənin mülkiyyətində olan torpaqlara görə vergisi və icarə haqqı toplanmadığından büdcə boş qalıb. DSMF-yə külli miqdarda bələdiyyə borcu yaranıb.

Bələdiyyə sədri qeyd edib ki, bələdiyyənin büdcəsinə pul gələndən sonra zibilliklərin təmizlənməsi təmin ediləcək. İndiki halda isə bələdiyyənin vəsati olmadığından ərazidəki tullantıların daşınması təmin edilmir.

Daha çox xəbərlər