Türkiyə sahillərində gəmi batdı, 30 miqrant itkin düşüb
Aralıq dənizinin Muğla vilayəti sahillərində gəmi batıb.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, gəmidə qeyri-qanuni miqrantlar olub.
Hadisə nəticəsində 30 nəfərin itkin düşdüyü bildirilir.
Hazırda axtarış-xilasetmə işləri davam edir.
Xatırladaq ki, oktyabrın 10-da İzmir sahillərində də gəmi batmış, 8 nəfər həlak olmuşdu.

