Minik avtomobili traktora çırpıldı: ölən və xəsarət alanlar var
Avqustun 11-də saat 17 radələrində Kürdəmir rayonunun Sovla kəndi ərazisində Zərdab rayon sakini E.Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış kənd sakini Oruc Qurbanova məxsus “T-28” markalı traktora vurub.
ARANTV.AZ bildirir ki, nəticədə E.Əzizovun sərnişini, həmyerlisi Tubu Ömərova hadisə yerində ölüb, özü və 2 sərnişini isə xəstəxanaya yerləşdirilmib.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.Milli.Az

