Gündəm 

İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin saytında “Star” zavodu barədə məqalə yayılıb

ARANTV.AZ xəbər verir ki, “Star” neft emalı zavodunun fəaliyyətə başlaması Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələrinin strateji miqyasını daha da gücləndirir. Bu barədə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin internet səhifəsində dərc edilən yazıda qeyd edilir. Məqalədə zavodun açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarından sitatlar gətirilir. Qeyd edilir ki, İki qardaş ölkənin siyasi liderliyi ilə həyata keçirilən hər bir layihə ölkələrin regional gücə çevrilmək qabiliyyətini daha da artırır. Məqalədə o da vurğulanır ki, hər il neft məhsulları idxalında 1,5 milyard dollar məbləğində qənaət ediləcək.

Daha çox xəbərlər