İsrail ABŞ-la birgə raketdən müdafiə sistemi sınaqlarını keçirib
İsrail Müdafiə Nazirliyinin Raketdən Müdafiə İdarəsi ABŞ-ın Raketdən Müdafiə Agentliyi ilə birgə “Hets-2” sisteminin sınaqlarını keçirib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Nazirliyi bildirib.
Sınaqların uğurla keçirildiyi qeyd edilib. Sınaq zamanı raketdən müdafiə sistemi uzun məsafəli raket qismində buraxılmış hədəfi məhv edib.
Qeyd edək ki, “Hets-2” raketdən müdafiə sistemi 3 min kilometrədək uçuş məsafəsi olan ballistik raketlərin məhv edilməsi üçün nəzərdə tutulub.

