Bakıda iki evdən 10 min manata yaxın oğurluq edənlər tutuldu
Binəqədidə pul və qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan S.Cəfərovun və S.Bəyalıyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların daha iki evdən ümumilikdə 6700 manat, 700 ABŞ dolları və 550 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.

