Tokioda istidən ölənlərin sayı 130-u keçib
Avqustun 12-dən 19-dək Tokioda kəskin istilər səbəbindən ən az 28 nəfər ölüb, ayın əvvəlindən bəri isə qurbanların ümumi sayı 131-ə çatıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, ğlənlərin hamısı 50 yaşdan yuxarıdır. Qeyd edilir ki, onların əksəriyyəti evlərində ölü tapılıb.
Bu həfət Yaponiyada yayın ən isti günləri müşahidə edilib. Xamamatsu şəhərində temperatur 41,1 dərəcəyədək qalxıb.

